Rəsul Quliyev Əli Kərimli və İsa Qəmbəri hədələdi

img

04-09-2013 [10:37]


Lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyasına buraxılmamağı Rəsul Quliyevi qəzəbləndirib. Milli Şuranın üzvü olmasına baxmayaraq, qurum əleyhinə mövqe nümayiş etdirən eks-spiker AXCP və Müsavatı Milli Şuranı parçalamaqda suçlayıb.

R.Quliyev Modern.az-a açıqlamasında Milli Şuranın hazırkı durumda İctimai Palatanın zəifləmiş formasına bənzədib.

"İmzatoplama mərasimində təşəbbüsü 2 partiya Musavat və Xalq Cəbhəsi əllərinə alıb, o biri partiyaların - KXC, ACP, ALP və o cümlədən "EL” hərəkatını bu işə cəlb etməyiblər. Faktiki olaraq Milli Şura adı altında, İctimai Palatanın zəifləmiş formatı fəaliyyət göstərir. Bir sözlə, seçkiqabağı belə acınacaqlı vəziyyətin yaranmasının səbəbləri məlumdur, seçkilərdən sonra münasibət bildiriləcək. Bizim öhdəmizə düşən Cəmil müəllimi imkan daxilində təbliğ etməkdir və bu işi biz can-başla yerinə yetiririk. Sözsüz bu iki partiya seçkilərin nəticələrinə görə məsuliyyəti də öz üzərlərinə götürüblər. Dialektikanın qanunua görə, səlahiyyət və məsuliyyət əkizdir, dəyişmək olmaz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA