Mərkəzi Bankı uçot dərəcəsini azaltdı - Elman Rüstəmov açıqladı

img

25-10-2019 [11:09]


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib.

Bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA