Əli Əhmədov: "İstər "vahid namizəd", istərsə "dublyor namizəd" olsun..."

img

02-09-2013 [13:42]


Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Seçki öncəsi siyasi vəziyyəti dəyərləndirən Ə. Əhmədov müxalifət cəbhəsinin seçki öncəsi fəaliyyətindən də danışıb. 

YAP-ın icra katibi bildirib ki, seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil: "Müxalifət düşərgəsində isə hər kəsin müşahidə etdiyi kimi, namizəd axtarışı, müəyyənləşdirilməsi, elan edilməsi seçkilərin vaxtı elan edildikən xeyli sonra da müzakirə predmeti olaraq qalmaqda idi. Çox böyük axtarışlardan sonra onlar seçki kampaniyasında iştirak etmək üçün namizəd tapıblar. Əlbəttə, bu, gülməli səslənir. Seçkidə iştirak üçün namizədi axtarmırlar və ya tapmırlar. Seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil. Seçkidə iştirak etmək istəyən partiya üçün seçki kampaniyası başlamazdan xeyli əvvəl onun namizədi müəyyən olunur. Hər bir seçkidə o insanlar namizəd kimi iştirak edirlər ki, həmin şəxslər onu namizəd kimi irəli sürən qrup üçün lider olsun. Partiya özünün lideri qəbul etdiyi şəxslə seçkiyə qatılır. Seçkiyə təsadüfi insanları namizəd elan etməklə qatılmaq uğur gətirə bilməz. Nəticədən asılı olmayaraq, hər bir siyasi partiya öz liderini seçki kampaniyasının həlledici fiquru olaraq qəbul edir.”

Əli Əhmədov həmçinin onu da bildirb ki, tapdıqları yeni namizədin müxalifətə hər hansı bir uğur gətirəcəyinə özləri də inanmırlar: "Növbəti beş ildə Azərbaycanın və ölkə vətəndaşlarının taleyi seçkidə veriləcək səslərdən asıldır. Buna görə də Azərbaycan xalqının təsadüfi insanlara səs verəcəyini düşünmək belə mümkün deyil. Müxalifət daxilindəki proseslərə gəldikdə isə, burada mənzərə daxili ziddiyyətlərlə səciyyələnir və çaşqınlıq hökm sürür. Çaşqınlıq, əvvəla, ondan ibarətdir ki, uzun axtarışlardan sonra seçkidə iştirak etmək üçün tapdıqları namizədin seçki kampaniyasına qoşulmaq istəmədiyi, seçkiyə qatılsa belə uğur qazanacağına inam olmadığı üzə çıxdı. Tapdıqları yeni namizədin müxalifətə hər hansı bir uğur gətirəcəyinə özləri də inanmırlar. Bunun adını istər "vahid namizəd", itərsə də "dublyor namizəd" qoysunlar, bu, Azərbaycan cəmiyyəti üçün elə bir əhəmiyyət kəsb etmir. Bu günlərdə müşahidə etdiyimiz gerçəklik ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində həm müxalifətə, həm də onun namizədinə biganəlik mövcuddur. Bu ondan irəli gəlir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində səs vermək istədiyi namizədi yaxşı tanıyır, öz mövqeyini və iradəsini də dəfələrlə açıq şəkildə ifadə edib. Belə olan halda digər namizədlərin uğur qazanmasına ümid yeri qalmır”.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA