Rusiyada milyarderlərin sayı il ərzində 50 faiz artıb

img

21-10-2019 [19:47]


Son bir il ərzində sərvəti 1 milyard dollara çatan yetkinlik yaşında olan Rusiya vətəndaşlarının sayı 74-dən 110-dək artıb.

"Credit Suisse” bankının araşdırmasına əsasən, 3120 vətəndaşının varidatı 100 milyon dollara çatan Rusiyada zənginlərin sayının artımına görə dünyada 9-cu yerdə qərarlaşıb.

Bununla yanaşı, dünyanın 1 faiz təşkil edən ən zəngin şəxslərinin 264 nəfəri Rusiya vətəndaşıdır.

Bütövlükdə hazırda Rusiyada maliyyə ehtiyatlarının 83 faizi əhalinin 10 faizinə məxsusdur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA