Cəmil Həsənli ehtiyat namizəd olmasından danışdı

img

23-08-2013 [12:26]


Milli Şurada ciddi narazılıqlar, böhranlı vəziyyət davam edir. Artıq qurum üzvləri arasında qarşılıqlı ittihamlar açıq müstəviyə keçib. Dünən bir qrup Milli Şura üzvü etiraz bəyanatı verərək "El” hərəkatının, ACP, ALP, KXCP-nin mövqeyini kəskin tənqid edib. Narazıların hədəfində Eldar Namazov idi.

Milli Şura üzvləri Eldar Namazovun "hər şey yaxşı olar”, "səbr edin” kimi vədlərini artıq qulaqardına vurur, Milli Şuranın sonunun yaxın olduğunu deyirlər.

Bu narazılıqların ardından Milli Şura bu günə təcili sessiya çağırıb. Günün mövzusu ehtiyat namizəd məsələsidir. Vahid namizəd Rüstəm İbrahimbəyovun seçki sənədləri ötən gün MSK-ya təqdim olunsa da, Milli Şura ehtiyat namizəd axtarışındadır. İbrahimbəyovu kim əvəzləyə bilər? Hamını bu sual düşündürür.

Ehtiyat namizədlər kimi Mehman Əliyev, Rafiq Əliyev, Gültəkin Hacıbəyli kimi ziyalıların adları çəkilir, amma Milli Şura üzvlərinin əksəriyyəti israrla Cəmil Həsənlinin üzərində dayanır.

İndiyədək namizədliyi dəfələrlə müzakirədə çıxarılan və konkret mövqe sərgiləməyən Cəmil Həsənli hələki susqunluğunu pozmağa tələsmir.

"Modern.az" saytı Cəmil Həsənli ilə əlaqə saxlayaraq, ondan ehtiyat namizədlə bğalı rəy almağa, Milli Şurada yaranan böhranı haqda fikir öyrənməyə çalışıb.

Suallara ehtiyatla cavab verən C.Həsənli özünün namizədliyi ilə bağlı hələlik konkret fikir bildirmək istəmədiyini, hər şeyin zamanını gözlədiyini deyib.

”Bu məsələ ilə bağlı mən hələ fikir bildirmək istəmirəm. Məni düzgün başa düşün. Hər şeyin zamanı var. Gözləyirik”- deyə C.Həsənli vurğulayıb.

Qeyd edək ki, mətbuatda yazılanlara görə, Milli Şura sədri Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin namizədliyinə bir o qədər də isti baxmadığından digər variantlara əl atılır. Milli Şuranın bu günə çağırdığı fövqəladə toplantısında ehtiyat namizədin müəyyən ediləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA