Milli Şura meriyaya müraciət etdi: "20-ci sahə"dən imtina edilib

img

13-08-2013 [11:09]


Milli Şura rəhbərliyi avqustun 18-ə təyin edilən ümumrespublika mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət göndərib. Bu barədə Modern.az-a Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, mitinqlə bağlı müraciət artıq Bakı merinə təqdim edilib.

G.Aslanlı həmçinin bildirib ki, Milli Şura mitinq üçün H.Abutalıbovda 4 yer istəyib.

"Milli Şura mitinqin keçirilməsi üçün 4 yer təklif edib. Mitinqi "Nərimanov” metrosunun qarşısı, "Dərnəgül” metrosunun qarşısındakı meydan, "Təbriz” kinoteatrının qarşısına keçirməyi təklif etmişik”-deyə bildirən MŞ üzvü icazəsiz mitinq keçirməyəcəklərini açıqlayıb.

"İndiki halda Milli Şura yalnız razılaşdırılmış mitinq keçirməyi qərara alıb. "20-ci sahə”ni təklif etsələr çox güman ki, orada mitinq keçirəcəyik”.

Qeyd edək ki, Milli Şuranın ötən gün keçirilən gərgin iclasında avqustun 18-də saat 17:00-da ümumjrespublika mitinqinin keçirilməsinə qərar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA