Rəsul Quliyev: “Rusiyanı iqnor etmək üçün gərək tamamlanmış əbləh olasan"

img

11-08-2013 [12:09]


Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşü haqda "Kievskaya Xronika" qəzetinin yaydığı senasion məlumata reaksiya verib.

Mia.az xəbər verir ki, Modern.az saytına  açıqlamasında eks-spiker belə bir görüş keçirmədiyini deyib.

R.Quliyev hesab edir ki, Rusiya liderləri ilə görüşmək qəbahət deyil, əksinə zəruridir:

"Rusiya Federasiyasının səfiri və ya liderləri ilə görüşməkdə heç bir qəbahət yoxdur, əksinə zəruridir. Azərbaycandan demək olar ki, 20 dəfə çox əhalisi, büdcəsi, istehsalı olan və ən böyük sərhədə malik ölkəni iqnor etmək üçün gərək tamamlanmış əbləh olasan. Ancaq təəssüf ki, yazı yalandır və səfir Kislyakovla və başqaları ilə bu yaxınlarda görüşməmişəm və Lavrova da heç bir məktub yazmamışam. Əgər görüşsəydim heç vaxt "məni müdafiə edin və mən də sizin üçün bu işləri görəcəyəm” kimi alçaldıcı təkliflər heç vaxt etməzdim. Yeganə totalitar rejimi dəstəkləməyin perspektivası yoxdur, Rusiyanın dostu ancaq demokratik yolla seçilmişlər ola bilər. Azərbaycan xalqının yanında olun deyərdim”-deyə açıqlama verib.

Qeyd edək ki, Ukraynanın "Kievskaya Xronika" qəzetinin "Radio Svoboda"ya ("Azadlıq" radiosu) istinadən verdiyi məlumata görə, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb. Yayılan məlumatda bildirilib ki, səfirlə görüşündə Rəsul Quliyev seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA