Tamerlan Qarayevin oğluna yeni vəzifə verilib

img

10-08-2013 [22:32]



Azərbaycanın İndoneziya və Sinqapurdakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin oğlu Ruslan Qarayev "SOCAR”da yeni vəzifəyə gətirilib.

Mia.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, R.Qarayev "SOCAR”ın İndoneziyadakı təmsilçiliyinin rəhbəri vəzifəsinə təyin edilib. Məlumatda bildirilir ki, R.Qarayev bundan sonra fəaliyyətini İndoneziyada, atasının yanında həyata keçirəcək.

Qeyd edək ki, R.Qarayev yeni vəzifəyə təyin olunana qədər Milli Məclisdə işləyib. O, hakimiyyətdə təmsil olunan gənc kadrlar arasında ən bacarıqlılardan biri hesab olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA