Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtları harada olacaq? - Siyahı

img

09-08-2013 [12:54]


Bu il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə prezidentliyə qeydə alnmış namizədlərə aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

MSK-dan "Qafqazinfo”ya verilən məlumata görə, sözügedən KİV orqanları bunlardır: İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan”, "Xalq qəzeti”, "Respublika” və "Bakinski raboçi” qəzetləri.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər. Seçkiqabağı təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA