Tahir Abbaslı: "Burda Rüstəm ibrahimbəyovu günahlandırmıram"

img

08-08-2013 [15:52]


Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı mia.az-a müsahibə verib. Partiya sədri Demokratik Qüvvələr Birliyi və digır məsələlərdən danışıb.


-Tahir bəy, Demokratik Qüvvələr Birliyi təsis etsəniz də, aktiv fəaliyyət nəzər çarpmır. Bu DQB-nin perspektivsizliyindən xəbər vermirmi?

İlk öncə bir məqamı diqqətə almağımız lazımdır ki, Azərbaycanda demokratik bir mühitin olmaması, eyni zamanda iqtidar tərəfindən demokratik çalışmaların qarşısını almaq üçün bütün mexanizmi işə salıb. Əsas odur ki, DQB-nin yaranması səbəbi və fəaliyyəti seçkilərin demokratik keçirilməsində var gücü ilə çalışmasıdır.Təbii ki, az müddətdə və belə şəraitdə, cəmiyyətimizdə inam və yəqinlik yaratmaq elə də asan məsələ deyil.

-DQB yarananda onu Milli Şuraya alternativ yaradılan təşkilat hesab etdilər. Doğurdandamı MŞ-ya alternativ olmaq istəyirsiniz?

DQB-nin yaranması Milli şuraya alternativ gücün yaranması mənasını daşımır. DQB həmdə Milli şuranın fəaliyyət istiqaməti yalniz seçkilərin demokratik keçirilməsi və xalqın iradəsi ilə prezidentin seçilməsidir. Bu birliklər reqib deyil yalniz fərqli birliklər adı altında olsada hədəf və məqsəd birdir. Bu gün azərbaycanda demokratik seçki mühitinin yaranması üçün, DQB və milli şura ilə yanaşı eyni zamanda cəmiyyətində bu fəallıqda iştiraki vacibdir. Azərbaycanda Demokratik seçkinin keçirilməsi istiqamətinda yaranmış birliklər, eyni zamanda təşkilatı və ya fərdi çalışmalar heç biri biri-birinə alternativ sayılmır. Bu istiqamətdə çalışan hər bir birlik və ya qurum bizə rəqib olmaması ilə bərabər, həm də əsas fəaliyyət istiqaməti olan Azərbaycan demokratik cemiyyətin formaşması və demokratik seçkinin keçirilməsində lazımı təsirinin göstərməsində demokratik müxalifət qüvvələrindən hesab edirik. Biz ayri qurumlar və ya birliklər adı altında fəaliyyət göstərsəkdə, amal və məqsədimiz yalniz və yalniz demokratik seçki mçühitinin yaranması üçün səy göstəririk.

-Yeri gəlmişkən seçkidə DQB və Milli Şuranın ayrı-ayrılıqda namizədi olsa hansı qurumun namizədi daha çox səs qazana bilər?

DQB birliyinin hələ namizəd məsələsində bir qərarımız yoxdur. Bu DQB-nin qərarından asılı olan bir məsələdir. Hələ ki, belə bir qərar yoxdur. Bu o demək deyil ki, gələcəkdə olmaya bilər. Amma bu gün biz prosesləri analiz və təhlil edirik. Və daha çox demokratik birliklərin birliyini qorumağa, eyni zamanda seçkinin demokratik keçirilməsində hansı ciddi çalışmaların aparılmasında fəaal ola bilərik. Daha çox bu mövzular üzərində düşünüb və fəaliyyət göstəririk. Seçkilərin nəticəsin isə indidən danışmaq tezdir. Amma biz çalışırıq ki, xalqın iradəsi qalib gəlsin. Bu qədər.

-Sizin mövqeyiniz necədir. Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya gələcəyini söyləməsi, sonra isə bunun reallaşmaması ona olan inamı azaltmırmı?

Mən belə düşünmürəm. və burda Rüstəm ibrahimbəyovu günahlandırmıram. Bütün günahlar Azərbaycan iqtidarının günahıdır ki, ölkədə demokratik bir mühitin yaranmasına maniə yaradır. Rüstəm Ibrahimbəyov və ya Milli Şura nədən Gürcüstanda bir araya gəlməlidilər ki? Əgər Azərbaycanda buna iqtidar problem yaratmasaydı, bu toplantı və ya görüşlər Bakıda keçirilərdi, Gürcüstanda deyil. Əksinə, iqtidarın çirkin oyunlarını, xalqın gözündən düşməsinə səbəb kimi göstərmək olar.

-MŞ-nın Tiflis toplantısına münasibətiniz necədir. Sizcə ölkədaxili məsələlər Azərbaycanda müzakirə edilməli deyilmi?

Azərbaycan iqtidarı var gücü ilə Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsinə maniəçilik yaradır o üzdən əgər azərbaycanda demokratik bir mühit olmuş olsaydi, bu görüşmə təbii ki Gürcüstanda deyil Bakıda keçirilərdi. Təəssüf lər olsun ki, bu problemlərin günahı Azərbaycan iqtidarının üzərinə düşür. Son olaraq bunu deyim ki, əgər Azərbaycan iqtidarı demokratik qüvvələrdən qorxmasaydı, bu qədər beynalxalq pirinsipləri və insan haqlarını çeynəməzdi və ən azından bu kimi məsələlərə problem yaratmazdı. Eyni zamanda özünə güvənsəıydi, demokratik seçki mühitinə şərayit yaradardı. Bütün bunları etmirsə, deməli Azərbaycan iqtidarı demookratik qüvvələrdən qorxur və bütün pirinsipləri çeynəyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA