“NİDA”-çı gənclər həbsdə qaldı

img

07-08-2013 [16:39]


Bu gün  Bakı Apelyasiya Məhkəməsində "Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvləri Rəşad Həsənov və Üzeyir Məmmədlinin ev dustaqlığına buraxılmasından imtina haqda Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətlərə baxılıb.

"Media forum” saytına danışan vəkil Abil Bayramov deyib ki, şikayətlər təmin olunmayıb və hər iki gənc həbsdə qalıb.

Vəkilin sözlərinə görə, gənc fəallar proseslərdə iştirak edib: "Rəşadın və Üzeyirin saxlanma şəraiti və səhhətlərindən şikayətləri yoxdur”.

Xatırladaq ki, Rəşad Həsənov martın 14-də, Üzeyir Məmmədli isə martın 30-da həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA