Deputatla şirkətin pul və ofis davası qızışır

img

05-08-2013 [08:29]


 İqtidaryönlü Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının tikinti şirkəti ilə məhkəmə çəkişməsi davam edir.

 Mia.az-ın məlumatına görə, deputatın sədrlik etdiyi partiya tikinti şirkəti tərəfindən yerləşdiyi məkandan çıxarılır. Deputat isə bu tələblə razılaşmır şirkətin sahibi olduğu binanın mansardına xərclədiyi vəsaitləri geri tələb edir.

 Hazırda Bakı Apellyasiya Məhkəməsində «İlkin-Y» MTK onun rəhbərliyi ilə deputat Xanhüseyn Kazımlının rəhbərlik etdiyi Azərbaycan Sosial Rifah Partiyası arasında məhkəmə işinə start verilib. İəş hakim Ülvi Mayılov sədrlik edir.

 Mia.az-ın xəbərinə görə, Azərbaycan Sosial Rifah Partiyasının «İlkin-Y» MTK-ya qarşı pul tələbi, qarşı tərəfin isə binanın mansard hissəsinin boşaldılmasından bəhs edən şikayətlər üzrə proses avqustun 7-də davam etdirləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA