İlham Əliyev Barak Obamaya məktub yazdı

img

03-08-2013 [17:56]


Bu gün prezident İlham Əliyev ABŞ lideri Barak Obamanı ad günü münasibətilə təbrik edib. 

Mia.az "President.az"-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri almışdır. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir.

Eyni zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir, bu səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə töhfə verəcəyini gözləyirik.

Belə bir əlamətdar gündə, cənab Prezident, Sizə və ailənizin bütün üzvlərinə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 Bakı, 2 avqust 2013-cü il”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA