Eldar Namazov Moskvadan Avropaya danışıqlara gedir

img

02-08-2013 [16:33]



Milli Şuranın İcra Aparatın rəhbəri Eldar Namazov Tiflis sammitinin ardınca Avropaya səfər edəcək. Bu barədə Modern.az saytına Milli Şura üzvü Eldəniz Quliyev məlumat verib. E.Namazov hazırda Moskvadadır.
Mili Şura üzvü bildirib ki, E.Namazov Moskvadan sonra bir neçə günlük Avropa səfərinə yollanacaq. Səfər çərçivəsində E.Namazov Milli Şura ilə bağlı bir sıra görüşlər keçirəcək.

"Eldar bəy Moskvadan sonra bir neçə gün Avropada səfərdə olacaq. Dünən telefonla danışmışıq, hazırda o, Moskvadadır. Moskvadan Avropaya gedəcək. Hələlik deyə bilmərəm konkret kimlərlə görüş olacaq. Ancaq bilirəm ki, Eldar bəy Avropada mühüm görüşlər keçirəcək. Xüsusən beynəlxalq təşkilarlar və ictimai-siyasi xadimlərlə görüşü planlaşdırılır”-deyə E.Quliyev bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA