Zərdüşt Əlizadə: “Milli Şuranın başqa namizədi olacaq”

img

01-08-2013 [12:14]


"Milli Şuranın başqa vahid namizədi olacaq. Ancaq bu şəxsin kimliyi barədə bir söz deyə bilmərəm”. Bunu Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. O, Milli Şuranın ilə bağlı səngimək bilməyən müzakirələrə münasibət bildirərkən deyib ki, əgər başqa bir şəxs Milli Şuranın vahid namizədi olsa, onun ətrafında sıx birləşmə ehtimallarını səsləndirmək mümkün deyil.

Politoloq qeyd edib ki, Milli Şuranın yaranma səbəblərindən biri Rüstəm İbrahimbəyovun prezident seçkilərində namizədliyini irəli sürməsi olub.

"Əgər onun namizədliyi qeydə alınmasa, o zaman Milli Şuranın əsas məqsədləri qeybə çəkiləcək”.

Siyasi ekspertin fikrincə, Milli Şuranın bu problemlə üzləşsə, xeyli zəifləyəcək. Z. Əlizadə onu da əlavə edib ki, Milli Şuranın vahid namizədi seçkilərdə iştirak etsə, xalqın böyük əksəriyyəti ona səs verəcək.Xatırladaq ki, Milli Şuranın Tiflis toplantısında da vahid namizədin Azərbaycana dönüşü ilə bağlı yekun qərar qəbul edilmədi. İndi daha çox digər alternativ namizədin olacağı ilə bağlı fikirlər səsləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA