Arif Hacılının qardaşı Rəsul Quliyevlə Əli Kərimlini təhqir etdi

img

30-07-2013 [14:03]



"Artıq Rəsula (Rəsul Quliyev nəzərdə tutulur – red.) yazığım gəlir. Pənah bəy düz işarə edib. Bu adamın səhhətində ciddi problemlər var. Qocalıb, xərifləyir. Bu arada yazığım gələn daha bir fiqur – Əli Kərimlidir. Özü-özünü çox miskin duruma saldı. Əli Kərimli Sülhəddin (S.Əkbər – red.) vasitəsi ilə Rəsulu qızışdırıb saldı Müsavatın üstünə, özü isə yaxasını çəkdi kənara”.

Məlumata görə, bu sözləri Əhrar Partiyasının sədri, Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının qardaşı Vaqif Hacıbəyli özünün facebook hesabında yazıb. O bildirib ki, indiki idbar durumun baş memarı Əli Kərimlidir: "Amma prosesləri elə bir dalana gətirib çıxardıb ki, indi hətta situasiyaya hər hansı şəkildə şərh verməyə də üzü yoxdur. Siyasətçi üçün bundan miskin durum təsəvvür etmək çətindi. Yazıqlar olsun”.

Partiya sədri deyib ki, əgər AXCP sağlam siyasi təşkilat olsaydı, Rəsul Quliyevin "siyasi yelbeyinliyinə” qarşı siyasi mövqeyi ortada olardı: "Amma həmin mövqe ortada yoxdur, mən də bunu miskinlik kimi qiymətləndirirəm. Ona görə də AXCP-çilərə yazığım gəlir. Bir daha deyirəm: yazıqlar olsun”.

AXCP sədrinin müavini Asəf Quliyev isə deyib ki, Milli Şuradan kənarda qalan Əhrar Partiyası o qədər də tanınmış partiya deyil və onun sədrinin AXCP rəhbərliyi barədə dedikləri də onlar üçün bir o qədər əhəmiyyətli deyil: "Görünür, Milli Şuradan kənarda qalan qüvvələr qıcıqlandırıcı mövqedən yanaşırlar. Ona görə də biz o qüvvələrə əhəmiyyət vermirik. Biz Müsavat Partiyası ilə müttəfiqik, indiyə qədər bu partiya ilə bir yerdə gəlmişik, bundan sonra da Müsavat Partiyası ilə bir çox məsələlərdə bir yerdə hərəkət edəcəyik. Bizim Rəsul Quliyevi qızışdırmağa ehtiyacımız yoxdur”.

virtual.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA