Prezident seçkiləri ərəfəsində iqtidar-müxalifət dialoqu baş tuta bilər

img

30-07-2013 [13:09]



"Seçkilərin elə mərhələsinə daxil oluruq ki, müxalifət partiyaları ilə təmaslar qaçılmazdır”. Bu açıqlamanı jurnalistlərə Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

PA rəsmisi bu cür təmaslara ehtiyac olduğunu deyib: "Biz bu sahədə ATӘT-lə danışıqlar aparırıq. ATӘT-in müxtəlif partiya funksionerlərini bir araya toplayaraq seminarlar keçirməsi, seçkilərlə bağlı narahatlıq doğuran məsələlər olanda, onların şəffaf müzakirə olunub qərar qəbul edilməsi təcrübəsi mövcuddur. Yəqin ki, biz seçkilər ərəfəsində bütün siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşlər keçirəcəyik”(apa).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA