Milli Şuranın liderləri İbrahimbəyovla görüşmək üçün yola düşürlər

img

30-07-2013 [11:04]



Bu gün Müsavat Başqanı İsa Qəmbər saat 13:50-də Milli Şuranın sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə gedəcək. Bu barədə "Qafqazinfo”ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib. G. Aslanlı bildirib ki, başqanın kiminlə Tiflisə gedəcəyindən xəbərsizdir. O, İbrahimbəyovun Bakıya gəlişinin təxirə salmasına da münasibət bildirib:


"Mən proseslərə pessimist yanaşmağın tərəfdarı deyiləm. İnanıram ki, Rüstəm bəy gələcək. Ona görə də səbirli olub gözləyək, nümayəndə heyəti söhbət etsin və çox güman ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, nümayəndə heyətinə Aparatın rəhbəri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Milli Şuranın komissiya sədrləri Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Liberal Partiyasının sədri Əvəz Temirxan, seçki qərargahının üzvü Köçəri Nağıbəyli daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA