Əli Kərimli İbrahimbəyovla görüşə getməyəcək

img

29-07-2013 [12:41]



"İsa Qəmbərin R. İbrahimbəyovla görüşəcəyi dəqiq deyil”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib. O bildirib ki, İsa Qəmbərin Milli Şura heyətinin tərkibində Gürcüstana getməsi və Rüstəm İbrahimbətovla görüşünə bu Müsavat Divanının toplantısında qərar veriləcək.

AXCP sədri Əli Kərimlinin isə Gürcüstana getməyəcəyi dəqiqləşib, bu, onun ümumvətəndaş pasportunun olmaması ilə əlaqədardır.

Qeyd edək ki, sabah Milli Şuranın bir qrup üzvü Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə gedəcək. Mili Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov APA-ya açıqlamasında görüşdə MŞ-də təmsil olunan aparıcı partiyaların sədrlərinin iştirak edəcəyini deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA