Fərhad Əliyev əfv üçün prezidentə müraciət etməyib

img

26-07-2013 [12:12]


"Fərhad Əliyevin Avropa Məhkəməsinə müraciəti Azərbaycan tərəfi ilə kommunikasiya mərhələsindədir və bu mərhələ artıq yekunlaşıb”. Bu barədə modern.az-a keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsinin sədri, professor Cəmil Həsənli bildirib.

C.Həsənlinin sözlərinə görə, eks-nazirin Avropa Məhkəməsinə müraciətinə cavablar qəsdən yubadılır:ÿ"Bu işi yubatmaqdan ötrü gah sənədləri itirirlər, gah poçt göndərişlərində ünvan qəsdən səhv yazırlar. Bu kimi bəsit üsullardan istifadə olunur. Həbsdə olan insana qarşı belə rəftar yolverilməzdir. Təəssüflər olsun ki, bu işə cavabdeh olanlar bu vasitələrdən də istifadə edirlər".

C.Həsənli F.Əliyevlə görüşə maneələr yaradıldığını da deyib:ÿ"Son vaxtlar görüşə getməmişəm. Müəyyən qaydalara görə görüş onun yaxınlarına verilir. Həm də böyük prosesdir. Müəyyən maneələr yaradıldığı üçün görüş hüququndan yararlana bilmirəm". O həmçinin bildirib ki, Fərhad Əliyevin ailəsi onun əfv edilməsi ilə üçün prezidentə müraciət etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA