Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı nəyi tələb edir?

img

25-07-2013 [13:48]



Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbsi ilə bağlı şikayətinə cavab verib. Bu barədə Modern.az saytına İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, Azərbaycan hökumətinin cavabı 11 gün ləngiyəndən sonra verilib.

"Axır ki, Azərbaycan hökumətindən cavab aldıq. Əslində cavab 11 gün gecikdi. İndi hökumətin mülahizələrini cavablandırırıq”, - deyə Fuad Ağayev bildirib.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi İ.Məmmədovu İsmayıllı hadisələrində təqsirli bilərək barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. İ.Məmmədovun həbs müddəti bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunur.

REAL hərəkatının rəhbəri İlqar Məmmədov Azərbaycan hökumətindən həbsi ilə bağlı şikayətə cavab verilməsini gözləyirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA