AXCP fəallarının məhkəmə işi: zərərçəkmişi tapa bilmirlər

img

25-07-2013 [13:44]


İyulun 25-də Nəsimi Rayon Məhkəməsində AXCP üzvü Dəyanət Babayevin işi üzrə proses keçirilib.

 Vəkil Əsabəli Mustafayev deyib ki, proses növbəti dəfə təxirə salınıb: "Səbəb zərərçəkmişin prosesə gəlməməsidir. Məhkəmə onun məcburi qaydada gətirilməsi haqda qərar çıxarmasına baxmayaraq zərərçəkmiş Tofiq Səlimov tapılmır. Məlum olub ki, o, ifadəsində yaşayış yeri haqda yalan məlumat verib. Onun qeyd etdiyi ünvanda Tofiq Səlimov adlı şəxs qeydiyyatda olmayıb. Zərərçəkmişin məhkəmədə dindirilə bilməməsi səbəbindən hakim Xumar Mərdanova prosesi avqustun 25-nə kimi təxirə saldı”.

Dəyanət Babayev və digər AXCP üzvü Musa Rahim ötən il noyabrın 7-də Bakının Nizami küçəsində saxlanıb. Onlar Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb və noyabrın 8-də sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyi bəyan edib ki, Dəyanət Babayev və Musa Rahim noyabrın 7-də ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol veriblər, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib, sonra ona yüngül dərəcəli bədən xəsarətləri yetiriblər.

AXCP fəalları xuliqanlıqda ittiham olunurlar.

Bu il mayın 1-də Musa Rahim haqqında həbs qətimkan tədbiri seçib.

Media forum

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA