Hafiz Hacıyev partiyadaşlarına səbirli, təmkinli, çevik və məsuliyyətli olmağı tövsiyyə edib

img

23-07-2013 [14:36]



Bu gün Muasir Musavat Partiyasının Sumqayıtda yaradılan Seçki Qərargahının ilk toplantısı keçirilib. Tədbiri giriş sözü ilə MMP Sumqayıt rayon təşkilatının sədri Məmmədova Məleykə açıb. O, təşkilatın yarandığı gündən siyasi fəaliyyətinə ekskursiya edib: ”Sumqayıt təşkilatı çalışır ki, h'mişə ,əsas da seçkilərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin.Her seçkide gücümüzü seferber edirik ki,bu ağır, məsuliyyətli işdə, Sumqayıt təşkilatının işi nümunəvi olsun”.

Sonra söz MMP Seçki Qərargahının sədri Rəsul Məmmədova verilib. Rəsul müəllim bütün çıxışını seşkiyə həsr edib və MMP Sumqayıt təşkilat sədrinin sözlərinə əlavə olaraq qeyd edib ki,bütün təşkilatlar səylə çalışmalıdır:”Seçki dönəmində hansı təşkilatın daha güclü olmasının barometri ,kampaniya dövründə imzatoplama ,təbliğat-təşviqat ,səsvermə,seçkiyə nazarət işlərində aktiv olması ilə ölçülür.Sumqayıt təşkilatı MMP-nin ən aktiv rayon təşkilatıdır .Ona göre də sumqayıt təşkilatından daha çox şey gözləyir rəhbərlik. Ölkədə seçki ilə bağlı çox ciddi problemlər cərəyan edir.Çalışıb ölkənin sabitliyi naminə bu problemləri dəf etməliyik”
Bundan sonra Seçki Qərargahının 7 nəfərdən ibarət digər üzvlərinə söz verilıb.
Toplantının sonunda MMP -nin sədri və prezidentliyə namizədi Hafiz Haciyev telefon vasitısilə toplahtıya qatılıb.3-cü dəfə prezidentliyə namizəd olacaq Hafiz Hacıyev partiyadaşlarına səbirli, təmkinli, çevik və məsuliyyətli olmağı tövsiyyə edib.

Bununla da MMP –nin Sumqayıt Seçki Qərargahının toplantısı başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA