Mirmahmud Mirəlioğlu seçkilərlə bağlı sərəncam verdi

img

22-07-2013 [17:48]



Klassik Xalq Cəbhəsi Partiyası sədri Mirmahmud Mirəlioğlu partiyanın seçki qərargahının işinin gücləndirilməsi məqsədi ilə, zonalar üzrə seçkilərə hazırlıq işlərinə rəhbərlik etmək üçün İbrahim Məmmədtağı oğlu Əliyev, Əli Bahadur oğlu Abdullayev, Şükür İzzətoğlu, Azad Muxtar oğlu Şəfiyev, Yaqub Məhəmməd oğlu Babalı, Heybət Səfəralı oğlu Səfərli, Sərkar Ağabala oğlu Mərdanovdan ibarət müşavirlər təyin edib.

Müşavirlər KXCP Mərkəzi Seçki Qərargahı ilə rayon (şəhər) şöbələrinin seçki qərargahlarının əlaqələndirilməsi, seçki dairələrindəki problemlərini öyrənilməsi, rayon (şəhər) şöbələri tərəfindən seçki ərazilərinin əhatə edilməsinin təmin edilməsi, bütövlükdə seçkilərə hazırlıq işlərinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA