AzTV-nin qəzaya düşən 4 əməkdaşı haqda açıqlama: "Şər-böhtana görə isə hər kəs cavab verəcək”

img

11-09-2019 [19:58]


AzTV-nin bədii rəhbəri Ranar Musayev ötən gün qəzaya düşən kanal əməkdaşları barədə açıqlama yayıb. 

Mia.az xəbər verir ki, o, feysbuk sosial şəbəkəsindəki statusunda hadisənin bəzi mətbu orqanlarda yazıldığı kimi olmadığını qeyd edib. 

R. Musayev həmin saytların yaralıların narkotik vasitələrin təsiri altında olması barədə xəbər yaydıqlarını bildirib: "Bizim uşaqları narkoman, az sonra qatil edəcəklər. Bu şər-böhtana baxmayaraq AzTV-də dəyişikliklər davam edəcək. Sizin sifarişçi də, siz də qanun qarşısına cavab verəcəksiz. Uşaqlarımız nə vəziyyətdədir, amma mətbuatın yazdıqlarına bax…

Dünən işdən çıxan 4 nəfər əməkdaşımız hər biri saatda 20 km sürəti ilə gedən avtomobildə olublar. Qapıdan yeni çıxan zaman qarşı yoldan "avtoş” onlara çırpılıb. İki qız və iki oğlan xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda əməliyyat olunur. Şər-böhtana görə isə hər kəs cavab verəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR