“Rustavi 2”nin keçmiş baş direktoru yeni telekanal açdı

img

17-08-2019 [10:25]


Gürcüstanın müxalif "Rustavi 2” televiziya kanalının keçmiş direktoru Nika Qvaramia yeni teleşirkət təsis edib.

Bu barədə o, özünün "Facebook” səhifəsində yazıb.

Yeni telekanalın adı "Əsas kanal” müəyyən olunub. N.Qvaramia şirkətdə nəzarət paketinin sahibi və direktordur.

"Biz başlayırıq! Tezliklə efirdə! Fikirləşdiyinizdən də daha tez”, - deyə N.Qvaramia qeyd edib.

O, yeni şirkətin Dövlət Reyestrindən çıxarışını da paylaşıb. Sənədə əsasən, şirkətin direktorları "Rustavi 2”nin keçmiş hüquqşünasları Dmitri Sadzaqlişvili və Tamta Muradaşvili, maliyyə direktoru isə İrakli Nijaradzedir.

N.Qvaramia şirkətdə 51%, Kaxaber Ancaparidze isə 49% paya sahibdir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR