15-07-2019 [12:45]
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədovun müvafiq əmri ilə AzTV-nin texniki direktor müavini vəzifəsinə Xəlil Məmmədov təyinat alıb. Xəlil Məmmədov Rövşən Məmmədovun həyat yoldaşının əmisidir. Buna qədər isə həmin vəzifəni "Əməkdar mühəndis” Knyaz Mehdiyev icra edib.
Rövşən Məmmədovun Knyaz Mehdiyevi işdən çıxarması qarşı tərəfin məhkəməyə üz tutmasına səbəb olub. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) texniki direktorun birinci müavini vəzifəsində çalışmış Knyaz Mehdiyev işdən qanunsuz olaraq çıxarıldığına görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədovu məhkəməyə verib.
Bu barədə Knyaz Mehdiyev özü Demokrat.az-a məlumat verib.
Bildirib ki, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi artıq onun xeyrinə qərar çıxarıb.
"Mən məhkəmənin çıxardığı qətnamələri özümlə götürərək, AzTV-yə işimi davam etdirməyə getdim. Ancaq Rövşən Məmmədovun tapşırığı ilə məni qanunsuz şəkildə işə buraxmadılar. Məhkəmənin qərarını onlara göstərirəm, ancaq Rövşən Məmmədov onu heçə sayır. Adam məhkəmənin qərarını saymır, hegomonluq edir. Mən 45 ildir ki, dövlət televiziyasında çalışıram, Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən Fəxri adlar almışam. "Əməkdar mühəndis” adını hər adama vermirlər. Amma cənab Prezident mənə bu adı verib. Cənab Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi olan çox hörmətli Əli müəllim Həsənov özü şəxsən mənə vəsiqəni təqdim edib. Baş mühəndis, direktorun birinci müavini vəzifəsinə kimi yüksəlmişəm. İndi təcrübəsiz adamlar məni qanunsuz şəkildə işdən çıxarır, məhkəmənin qərarlarına qarşı çıxaraq açıq şəkildə hegomonluq edir. Mən üzləşdiyim böyük haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə müraciət hazırlayıram. Yaxın günlərdə bunu ictimailəşdirəcəm".
Demokrat.az xəbər verir ki, Knyaz Mehdiyevin həyat yoldaşı Sədaqət Mehdiyeva da Rövşən Məmmədovun ərinə qarşı etdiyi əməllərdən şikayətlənib.
O, Rövşən Məmmədovun əri Knyaz Mehdiyevə qarşı qanunsuz əməllərindən və məhkəmənin qəbul etdiyi qərarları kobud şəkildə pozduğuna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti leyla Əliyevaya müraciət edib.
Demokrat.az-ın redaksiyasına göndərilən müraciətdə Rövşən Məmmədova qarşı şok ittihamlar yer alır. Həmin müraciəti təqdim edirik:
"Xalqımızın sevimli lideri, Prezidentimiz İlham Əliyev, ölkəmizin Birinci xanımı Mehriban Əliyeva və elimizin sevimli qızı Leyla xanım haqqı-ədaləti üstün tutduğunuzu bilərək ailəmiz adından Sizə müraciət edirəm ki, məmur özbaşınalığına son qoyasınız. Söhbət AzTV-yə təyin olunan sədr əvəzi Rövşən Məmmədovun vəzifəyə keçəndən sonra şirkətdə illərlə işləyən peşəkar işçilərin başına açdığı oyunlardan gedir. Bu kəs (etdiyi əməllərə görə ona şəxs deməyə dilim belə gəlmir) özünü AzTV-də o qədər mənfi cəhətdən göstərib ki, TV tarixində ən bacarıqsız sədr kimi ad alacaq. İşə başladığı 5 ay müddətində bu kəs nə qədər tanıdığı dost-tanış, qohum-əqraba içində olmaqla nə az, nə çox, 238 yeni kadr işə götürüb və Azərbaycanın TV tarixində olan bütün sədrlər içində "rekord" qırıb.
Ən əsası da bir vaxtlar AzTV-dən uzaqlaşdırılan qeyri-peşəkar, savadsız baş mühəndisi "Əməkdaş mühəndis" Mehdiyev Knyaz Rəşid oğlunu və TV texnikasını xüsusi bacarıqla işlədən STS sexində kompleks rəisinin müavini, TV peyk avadanlıqları bölməsinin rəisi, oğlum Mehdiyev Həmid Knyaz oğlunu məcburən təhdidlə işdən azad edib. Bu haqsızlıqdan narazı qalan yoldaşım Mehdiyev Knyaz Rəşid oğlu Səbail rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, prosesi udub. Bundan narazı qalan AzTV rəhbərliyi yenidən işə baxılması üçün Apellyasiya Məhkəməsinə üz tutub.
Əllərində heç bir əsaslı dəlil olmadığı üçün məhkəmə prosesini bir neçə dəfə təxirə salıblar. Sonda isə öz ərizələrini geri götürüblər. İndi diqqətinizi AzTV rəhbərliyinin bilərəkdən oynadığı "xüsusi oyunlarına" cəlb etmək istəyirəm. Baxın, bu kəs vəzifəsindən, ölkə başçısının ona göstərdiyi etimaddan necə sui-istifadə edir. Xahiş edirəm ki, tarixlərə xüsusi diqqət yetirəsiniz. Dünən AzTV-dən bizim ev ünvanımıza məktub gəlib ki, yoldaşım Mehdiyev Knyaz Rəşid oğlu 01.02.2019-cu il tarixdən işdən azad olunub. Səbail rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli qərarına görə yenidən işə bərpa olunub. AzTV rəhbərliyi yenidən işə baxılması üçün mart ayının sonlarında Apellyasiya Məhkəməsinə müraciət edib və sonda öz ərizələrini geri götürdüklərinə görə əvvəlki məhkəmənin 04.03.2019 tarixli qərarı qüvvədə qalıb. Dünən - 06.07.2019-cu il tarixdə AzTV-dən aldığımız məktubda göstərilir ki, Rövşən Məmmədov Azərbaycanın məhkəmə qanunlarını tanımır və belə çıxır ki, tanımaq da istəmir.
Çünki AzTV-dən göndərilən məktuba əsasən Mehdiyev Knyaz Rəşid oğlu 01.02.2019-cu il tarixdən işdən azad olunub, 01.02.2019-cu il tarixdə yenidən özünün belə xəbəri olmadan işə götürülüb və 28.02.2019-cu il tarixdə işdən müqavilə əsasında azad olunub. Bu haqda bildiriş bizə 06.07.2019-cu il tarixdə çatdırılıb. Bütün bu prosesləri həyata keçirən AzTV rəhbərliyi o qədər səhvə yol verib ki, sayı hesabı yoxdur. Göstərilən işə götürüb-çıxarmanı əmək kitabçası bizdə olduğu halda hara qeyd olunub? Niyə məktubda rəhbərliyin yox, kadrlar şöbəsinin rəhbərinin imzasıdır? Ən əsası da yoldaşımın 2011-ci ildən istifadə etmədiyi 06.03.2012-ci ildən, 01.02.2019-ci ilədək istifadə etmədiyi məzuniyyət haqqının pul əvəzi ilə ödəməli və şirkətin rəhbərliyi sayəsində məhkəmə gedən zamanı işindən maaşından məhrum olduğu zamanın 01.02.2019-cu ildən 06.07.2019-cu ilədək ödənilməlidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyeva. Mən 31 il AzTV-də çalışan və 2011-ci ildən onkoloji xəstəlikdən dəfələrlə əməliyyat olunan bir insan kimi sizə müraciət edirəm. AzTV-nin hazırkı sədr əvəzi Rövşən Məmmədovun üzündən ailəmizin yaşadığı problemlərə son qoymağınıza, oğlum və yoldaşımın əvvəlki vəzifələrinə bərpa olunmasını köməklik göstərməyinizi Sizlərdən xahiş edirəm".
Elçin Rizvanoğlu
Demokrat.az
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib- Səbəb
ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanıda - VİDEO
TRAMP BÖLGƏYƏ ƏLAVƏ HƏRBİ GÜC GÖNDƏRİR: "İran ya bizimlə razılığa gələcək, ya da..."
Türkiyənin bir bölgəsində məktəblər bağlandı - Qara görə
Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham - 44 il həbs gözləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib