24-05-2019 [13:19]
Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur.
Hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov ONA-nın Moskva müxbirinə eksklüziv müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Fuad, neçə gündür ki, həbs olunmağın haqqında məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir?
- Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi. Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən burda yaşayan heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki, çıxıb deyirlər, bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. Bu, heç də yaxşı hal deyil.
- Saxlanmağın barədə danış. Necə baş verdi? Səni kimlər saxladı?
- Mənim burada 10 günlük saxlanma müddətim var. Bu gün artıq bir həftə tamam olur.
Məni ötən həftənin dördüncü günü saxladılar. Eşidirəm ki, mətbuatda yazırlar ki, guya sənədlərimi yoxlayan zaman məlum olub ki, sənədsizəm və buna görə saxlayıblar. Belə şey olmayıb. Mayın 16-da, səhər 11:00 radələrində evdən çörək almaq üçün çıxmışdım. Evdən çıxanda binamızın giriş qapısında üç nəfər mülkü geyimdə olan şəxs məni saxladı, heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim, məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindən çıxıb, özümü bayıra atdım və "polis çağırın”,- deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi. Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar. Mənə imzalamaq üçün sənəd təqdim edildi. Orda yazılmışdı ki, mənim Rusiyada yaşamaq üçün icazəm ləğv olunub. Lakin bir daha bildirirəm ki, mənə bu barədə heç vaxt xəbərdarlıq olmayıb. Onlardan Rusiyada yaşayış üçün icazə sənədimin ləğv olunması haqqında sənədi tələb etdim. Dedim ki, göstərin mənə həmin sənədi, görüm, oturma iznim nə vaxt ləğv olunub. Həmin sənədi məhkəmədə hakimdən istəməli olduğumu bildirdilər. Daha sonra məni polis maşınına oturtdular. Sosial şəbəkələrdə yayılan fotolardakı avtomobildə çəkilən şəkli özləri yayıb, çünki prosesi videoya çəkirdilər. Məni Ximki Şəhər Məhkəməsinə apardılar. Orda saxlanılarkən sənədsiz olduğum, Rusiyada oturma icazəmin ləğv olunduğu haqda yazılmışdı. Mən bunlarla razılaşmadığımı söylədim. Hakimdən də oturma iznimin ləğvi haqqında rəsmi kağızın göstərilməsini, nəyin əsasında ləğv olunduğunu öyrənmək istədim. Dedim ki, elə bir sənəd yoxdur. Hakim dediklərimə məhəl qoymadı, müşavirəyə getdi, daha sonra qayıdıb qərarını oxudu. Sonra gətirdilər məni buraya - Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə. Beş gün yanıma heç kəsi buraxmadılar, zəng etməyimə də icazə vermirdilər. Mayın 21-dən isə telefonla danışmağıma icazə verdilər.
- Sənin Rusiyaya girişinin yasaq olduğunu bilə-bilə, Belarus vasitəsi ilə Rusiyaya qanunsuz daxil olduğun haqqında məlumatlar var. Həqiqətənmi Belarus vasitəsi ilə Rusiya ərazisinə daxil olmusan?
- Xeyir, hamısı yanlış məlumatlardır. Mən Moskvaya Bakıdan uçmuşam. Şeremetyevo hava limanından gəlmişəm. Bunu da çəkib göstərmişəm. Belarusdan icazəsiz Rusiyaya keçməyim haqqında məlumatı uydurublar.
- Bəs, Rusiyaya girişin qadağa oluna-oluna Moskvaya necə gəldin? Axı deyilənlərə görə, sənə həmin vaxt artıq "stop" qoymuşdular...
- Bəli, həmin vaxt mətbuatda, sosial şəbəkələrdə mənə Rusiyada "stop” qoyulduğu haqqında məlumatlar yayılmışdı. Məhz bu məlumatları yoxlamaq üçün Moskvaya gəldim. Sərhəddə heç bir maneəyə rast gəlmədim. Yayılan məlumatlar əsasında mənim Rusiyaya girişimə "stop" qoyan qurumu məhkəməyə verdim, öyrənim ki, həmin məlumatlar doğrudur, ya yox. Əgər doğrudursa, o zaman qərarın qəbulu üçün əsas göstərilsin. Yalandısa, qoy desinlər ki, belə bir hal mövcud deyil və bunun haqqında məhkəmə qərarı verilsin. Həmin qərar əsasında mən Rusiyaya sərbəst giriş-çıxış edə bilim. Aprelin 18-də məhkəməyə müraciət etdik. Mayın 7-nə ilk məhkəmə iclası təyin olundu. Yayılan məlumatların doğru olduğunu söylədilər. Məhkəmədə Rusiyaya girişimə qadağa qoyulması haqqında rəsmi sənədin göstərilməsini tələb etdim. Dedilər ki, indi həmin rəsmi sənəd üstlərində yoxdur. Gələn məhkəmə iclasında olacaq. Mayın 17-də, saat 11:00-da növbəti məhkəmə iclası idi. Mayın 16-da isə məni tutdular.
- Fuad, sənin əlində Bakıdan Moskvaya uçmağın, Şeremeytevo hava limanından çıxmağın barədə sübutun varmı? Bunu sübut edə bilərsənmi?
- Əlbəttə, var. Hava limanında sərhəddə bütün giriş-çıxış qeydləri pasportda qeyd olunub. Bunu göstərə bilərəm. Mayın 17-də vəkilim Elman Paşayev mənim adımdan getdi məhkəməyə. O da "stop" qoyulması haqqında yazılı qərarın göstərilməsini tələb edib. Vəkilimə də göstərməyiblər, deyiblər ki, bu barədə daxili qərar var.
- Bu gün miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olmağının səbəbi kimi sənə rəsmən nə deyilib?
- Bu gün burada olmağımın əsas səbəbi, yəni, saxlanılmağımın rəsmi səbəbi Rusiyada daimi yaşayış haqqında icazəmin ləğv olunmasına baxmayaraq, ölkəni vaxtında tərk etməməyim, qeyri-qanuni olaraq Rusiyada qalmağımdı. Məni burda məcburi ölkəni tərk etmək üçün saxlayırlar. Belarusdan Rusiyaya gəlməyim haqqında söhbətlər isə fantaziyanın məhsuldur. İttihamda Belarus barədə bir kəlmə də söz yoxdur.
- Sənin yaşayış icazəni nə vaxt ləğv ediblər?
- Dediklərinə görə, bu il martın 17-də yaşayış icazəm ləğv olunub. Qanuna görə, 15 gün ərzində ölkəni tərk etməliydim. Lakin mənə bu barədə heç bir xəbərdarlıq olmayıb. Bildirilməyib ki, Rusiyada yaşayış icazəm ləğv olunub və filan müddət ərzində ölkəni tərk etməliyəm.
- Sonuncu dəfə Şeremetyevo hava limanında sərhəddən keçəndə "vid na jitelstvo"nu (Rusiyada yaşayış icazəsi haqqında sənəd-red.) təqdim etdinmi?
- Bəli, həmişəki kimi bu sənədi təqdim etdim. Rusiyada yaşayış haqqında sənədimin müddəti 2023-cü ilə qədər idi. İndiyə kimi heç bir inzibati qayda pozuntum da olmayıb. İndi mənə deyirlər ki, həmin sənəd ləğv olunub və mən ölkəni tərk etməmişəm. Amma mənə bu barədə heç bir xəbərdarlıq olunmayıb. Onların dediyinə görə, mən 2 aprel tarixində Rusiyanı tərk etməliydim. Mən isə, aprelin 9-da Rusiyadan çıxmışam.
- Rusiya telekanalı sənin haqqında "milli zəmində ədavəti qızışdırmaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb" deyə süjet yayıb. Ümumiyyətlə, sənə belə bir ittiham irəli sürülübmü?
- Xeyr, bu müddətdə mənə bir kəlmə də olsun bu haqda heç nə deyilməyib. Bu "milli ədavəti qızışdırma” məsələsi "Azərros" rəhbəri Mehriban Sadıqovanın "mavi" arzularıdır. Onu özü mənə şəxsən deyib ki, guya, mən Rusiyada yaşayan ermənilər və azərbaycanlıların arasını vururam, məndən Rusiyanın rəsmi orqanlarına şikayət edəcəklər. Mən də bildirmişəm ki, əgər mən belə bir şey edirəmsə, onda məndən qabaq bunu Babayan, Baqdasaryan edib. Bəs, onlardan niyə şikayət etmirsən? Onlar uzun müddətdir ki, bu işlə məşğuldurlar.
- İndi nə etməyi fikirləşirsən?
- Mənim indi əsas etirazım Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə İdarəsinin əməkdaşlarınadır. Əgər mənim Rusiyada daimi yaşamaq haqqında icazə sənədim ləğv olunmuşdusa, o zaman polis mənə xəbərdarlıq etməli idi. Nə poçt, nə də telefonla heç bir xəbərdarlıq olunmayıb. Birdən-birə gəlib məni evimin qapısından götürüb polisə aparıblar. Bu şikayətimə baxılmasını istəyirəm. Bir də ki, yuxarı instansiya məhkəməsinə "vid na jitelstvo"nun, mənim yenidən Rusiyada yaşamaq hüququmun bərpa olunması üçün müraciət etmişik.
- Azərbaycana deportasiyanın tarixi dəqiqləşibmi?
- Bəli, mayın 28-də Azərbaycana deportasiya olunacam. Lakin hələlik, Azərbaycana getməyim üçün bilet alınmayıb.
"Fənərbağça" Marko Asensionu rəsmi olaraq açıqlayıb
"Fənərbağça" Kerem Aktürkoğlu ilə rəsmi müqavilə imzaladı
"Beşiktaş" Amir Hadziahmetoviçi icarəyə verib
Rəsmi Moskva görüş ehtimalının üzərindən xətt çəkdi: "Putinlə Tramp arasında bu məsələdə razılıq yoxdur"
"Udineze" Nikolo Zaniolonu icarəyə götürüb
"Fənərbağça" Yusuf Akçiçekle bağlı məlumat yayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" Dieqo Karlosu icarəyə verib
Kamran Əliyevlə İnam Kərimov Türkiyədə - FOTO
Təhsilin idarəedilməsində əsas problemlər və çıxış yolları... - Yeni dərs ili ərəfəsində düşüncələr
Şahin Şıxlinskinin yerinə seçki olub
Bir partiyaya 0, digərinə 583, o birinə 3 min manat... - Partiyalar dövlətdən nə qədər pul alırlar?
Sabiq nazir “Ərdoğandan sonra kimi dəstəkləyəksiniz" sualına belə cavab verdi: "O, olmasa..."
"Beşiktaş" oyunçusunu icarəyə verdiyini açıqlayıb
Qurban Qurbanov oğlunun toyuna hazırlaşır
Mehriban Əliyeva Çində dövlət və hökumət başçılarının xanımları ilə birlikdə - FOTOLAR
Canluici Donnaruma "Mançester Siti"yə keçib - 39 milyon avroya
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Qaziantep FK" yarımmüdafiəçi ilə rəsmi müqavilə imzaladı
"Nyukasl Yunayted" Nik Voltemeydi transfer edib
"Hatayspor" oyunçusu ilə bağlı məlumat yayıb
"Beşiktaş" Vatslav Çernini transfer edir
"Bayer Leverkuzen" Erik ten Haq ilə yollarını ayırıb
"Bu, Pekinin Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək strategiyasıdır" - TƏHLİL
ONLARA 4 MİN MANAT MƏVACİB VERİLƏCƏK - Siyahı
Prezident "ŞƏT plyus" formatındakı görüşə qatılıb - İlham Əliyev çıxış edib (FOTOLAR, Yenilənib)
"Bu, bizim səlahiyyətimizdə olmayan məsələdir" - PFL-dən "Karvan-Yevlax"la bağlı açıqlama
Bakıda məhkəmə: Levon Mnatsakanyanın ifadələri elan olunub
Şükran Çiftçi "İlin Master Şefi" seçildi - VİDEO
Zaqatalada qadın zorla qaçırılıb
ŞƏT-ə sədrlik Qırğızıstana keçib, yeni sənədlər imzalanıb - Gələn il bu ölkədə növbəti sammit keçiriləcək
ƏKİN SAHƏLƏRİ ÜZRƏ SUBSİDİYALAR: məbləğlər açıqlandı - CƏDVƏL
Dərslər bir həftə sonra başlayacaq? - Nazirlik iddiaları təkzib edir
“Olan-qalan son gücümüzü Oqtay yıxdı, Dilarə isə..."
"Bandotdel"dən əməliyyat: "Kriti Vüsal Masallinski" həbs olunub
Bərdədə su patrulları... - Kənan Rövşənoğlu yazır
"Kassam tuqayları" İsrail əsgərlərini daşıyan hərbi maşını vurub
Qəzzada daha 9 nəfər aclıqdan ölüb - Son 24 saatda
“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun növbəti iclası keçirilib
Arzu Əliyeva Çində Mehriban Əliyeva ilə foto paylaşdı - FOTO
XİN: "Dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi"
Əfqanıstanda zəlzələ - 800-dən çox insan ölüb, 3000-dən çox xəsarət alan var (Yenilənib)
"AzTV-də intriqalar həddindən artıq çox güclü idi" - Xalq artisti
Xocavənd, Xocalı və Laçında aqrar torpaqlar icarəyə veriləcək
Pakistanda helikopter qəzaya düşüb - Ölənlər var
Sabah hava necə olacaq? - Proqnoz