Trampla bizim Gömrük Komitəsinin oxşarlığı

img

12-05-2019 [10:49]


Natiq Cəfərli

***

Bizim Gömrük Komitəsinin eyni kənddən olan rəhbərləri fəxrlə deyirlər ki, gömrük orqanları büdcəyə ödənişləri artırıblar. 

Sanki gömrük zavoddu, fabrikdi, mal-məhsul istehsalı ilə məşğuldu, elə bil əlavə dəyər yaradıb, pul qazanıb büdcəyə ötürüblər.

Gömrüyün əlavə yığdığı hər manat bizim, vətəndaşln cibindən çıxır, bizə, vətəndaşa təbdiq edilən dolayı vergi yüküdür. Çünki istənilən iş adamı gömrüyə, vergi orqanlarına ödədiyi hər manatı mal, məhsul və xidmətin qiymətinin üzərinə gəlir. 

Tramp da fəxr edir ki, Çinə əlavə gömrük rüsumu tədbiq edir, anlamır ki, Çindən ABŞ-a ixrac olunan malları əvəz edəcək yerli istehsal yoxdur, olsa belə yenə Çin mallarından baha başa gələcək. 

Çin məhsullarına tədbiq edilən əlavə gömrük rüsumunun son ödəyicisi Çin istehsalçısı deyil də, ABŞ alıcısıdır, deməli Çin mallarına tədbiq edilən əlavə gömrük rüsumu son sentinə qədər ABŞ vətəndaşlarının cibindən çıxacaq. 

Belə...

Digər xəbərlər
SON XƏBƏRLƏR