Jurnalist dağdan uçuruma yuvarlandı - Əraziyə xeyli texnika çağırlıb

img

10-05-2019 [17:37]


Anadolu Agentliyinin müxbiri Abdülkadir Nişancı bu gün Bayburt-Trabzon arasındakı Soğanlı dağında yol çəkilişini lentə alarkən uçurumdan yuvarlanıb.

Mia.az xəbər verir ki, jurnalistin ayağını basdığı qar qəfil qopub və o, müvazinətini saxlaya bilməyərək uçuruma düşüb.

Hadisədən dərhal sonra jurnalistin xilas edilməsi məqsədi ilə bölgəyə çoxsaylı texnika və canlı qüvvə cəlb olunub.

Jurnalist sağ olub-olmadığı bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA