30-04-2019 [00:45]
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.
Xatırladaq ki, dəhşətli hadisədən 10 il ötür.
Qeyd edək ki, kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib.
Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.
Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Terror aktı nəticəsində ölən və yaralanalar aşağıdakı şəxslər olub:
Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü
Tələbələr:
Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
və Akademiyaya süd məhsulları gətirən:
Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü
Yaralananların siyahısı:
İsayev Kənan
Mustafa Məhəmməd
Rüstəmbəyov Faiq
Şirəliyev İlkin Azər oğlu (1989-cu il)
Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)
Axundov Rəhman
Cəmiyev Elvin Azər oğlu (1989-cu il)
Hüseyinli Zemfira
Daas Muavviyyə (Suriya)
Seyidəhməd Əmru.
Report
Liviyada qruplaşma lideri öldürüldü, ara yenə qarışdı, hökumət açqlama yaydı: "Münaqişə bölgəsi nəzarət altındadır"
Partiya sədrinə elə rəsm əsəri bağışlandı ki... - Tramp, Makron, Putin, Əsəd və Netanyahu "mat" edilib (FOTO)
Ege dənizində zəlzələ olub - 4,9 bal gücündə
İlham Novruzov vəzifədən azad olunub
Baxçalının Səlahəddin Dəmirtaşla görüş istəyinə "yox" deyilib? - Nazirlikdən açqlama
HƏMAS amerikalı əsir hərbçini azad etdi, lakin İsrail dayanmadı - Qəzza daha ağır formada bombalanır
Ərdoğanla Zelenski telefonda danışdı: "Sülh üçün yaranan fürsətin qaçırılmayacağına inanıram"
Karlo Ançelottnin "Real"dakı "ömrü" bitdi - Məşhur məşqçi Braziliya yığması ilə anlaşdı
Trampdan diqqətçəkən anons: "Oradan İstanbula uça bilərəm" - Ərdoğan böyük prosesə ev sahibliyi edəcək"
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Babayan... - Onlar Bakıda məhkəmədə sorğu-sualda + FOTOLAR
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarıldfı
Kremlin sözçüsü: "İstanbulda Ukrayna ilə qeyd-şərtsiz və..." - "Türkiyədə sülh masası yenidən qurulacaq"
İlham Əliyev Ərdoğanı təbrik edib
Xarici İşlər Nazirliyi açıqlama yayıb
Qarabağ zonasında daha 315,7 hektar ərazi minalardan təmizlənib
Yağışlı hava davam edəcək
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə daha bir məşqçisi istefaya göndərildi
PKK NİYƏ ÖZÜNÜ BURAXDI? - TƏHLİL
GƏLƏN AY NEÇƏ GÜN İŞ OLMAYACAQ? - Detallar
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Bəhreyndə - XİN başçısı ilə görüş olub (YENİLƏNİB)
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - Qalmaqal
Azərbaycanlılar Rusiyaya necə gedəcək? - Sərtləşən qaydalar və gözlənilən təhlükə...
Un neçəyədir? - Son qiymət
"Qarabağa qayıdış təkcə könüllü yox, həm də məcburi olmalıdır" - "Məsələn, Aqil Abbas, deputatsan, lap yaxşı, get, qal Ağdamda"
Əmrullayevin “TikTok”dakı müsabiqəsi: “Bu, biabırçılıqdır" - "Yəni, hər cür “bambılılıq”, şou çıxarın və..."
Prezident İlham Əliyev daha qanunu təsdiqlədi
DAHA BİR UNİVERSİTETƏ REKTOR TƏYİNATI OLDU - Sərəncam
Amasyada ardıcıl iki zəlzələ oldu - 4,4 və 4,2 bal gücündə
Rusiya MN: "Daha bir qəsəbə ələ keçirilib"
Prezidentin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
Vaqif Cavadov istefaya göndərilib
Gəncədə mənzildə yanğın: ölən var
Sabah hava proqnozu açıqlandı
Naxçıvanda iki nəfər saxlanılıb
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
İsrail məktəbi bombalayıb - Ölən və yaralananlar var
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
ÖZÜMÜ ÇOX QÜRURLU HİSS ETDİM...
"İnter" liderlik yolunda - "Napoli" xal itirdi