07-02-2019 [18:27]
Birinci qrup əlilliyi olan vətəndaş ödənişli əsaslarla ali məktəbə qəbul olunan övladının təhsil haqqını ödəmək üçün bankdan kredit götürüb. Amma problemin həllinə görə sevinci uzun çəkməyib. Az sonra məlum olub ki, dövlətdən aldıqları ünvanlı sosial yardım dayandırılıb...
Strateq.az saytına müraciət edən 44 yaşlı Xəlilov Mais Ağaxəlil oğlu Binəqədi rayonu, 3-cü mədən, korpus 120, ev 76 ünvanında 5 nəfər ailə üzvü ilə birgə yaşayır.
Üç övladından ikisi ödənişli əsaslarla ali təhsil alır. Ailənin yeganə əsas gəliri dövlət tərəfindən verilən ünvanlı sosial yardımdır.
"Mən övladımın ali təhsil almaq arzusuna qarşı necə çıxa bilərdim?! Çıxış yolu kimi həyat yoldaşımın boyunbağını və bilərziyini "İnternational” Bank Olmayan Kredit Təşkilatında (BOK) girov qoyub min manat kredit götürdük. Bir neçə gündən sonra ünvanlı yardımı almaq üçün kartımı bankomata daxil edərkən məlum oldu ki, pul hesaba köçürülməyib. Dərhal Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Oradan bildirdilər ki, mənə verilən yardım qanunvericiliyin tələbini pozduğuma görə dayandırılıb. Yardım alan şəxsin adına kredit rəsmiləşdirilməsi aparılarsa, yardım kəsilir” –deyə M.Xəlilov bildirib.
Şikayətçi BOK-a müraciət edərək, kreditdən imtina edib. Amma bu da birinci qrup əlilə ünvanlı sosial yardımın bərpa olunmasına kömək etməyib.
Onun dövlət qurumlarına çoxsaylı müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən cavabda qeyd olunub ki, Mais Xəlilov müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq 1 il müddətinə ünvanlı sosial yardım almaq hüququndan məhrum edilib. Yalnız qanunda göstərilən müddət bitdikdən sonra, onun yardım üçün müraciət etmək hüququ yaranır.
"Mən bilsəydim, kredit alanda yardım kəsiləcək, bu addımı atıb ailəmi yeganə dolanışıq mənbəyindən məhrum etməzdim. Nəzərə alınmalıdır ki, 5 nəfərlik ailənin yeganə gəlir mənbəyi bu yardımdır, neçə aylardır onu dayandırıb bizi səfalətə vadar etməyin adı nədir? Məgər biz əlilliyi olan vətəndaşların övladına ali təhsil vermək hüququ yoxdurmu? Mən fiziki məhdudiyyəti olan bir valideyn kimi bunun üçün nə etməliyəm? Əlbəttə, dövlətin qayğısına, imtiyazlarına, bizə verdiyi dəstəyə güvənməliyəm. Mən həmin kreditdən imtina etmişəm, dövlətin verdiyi yardım ailəmin minimum ehtiyaclarını ödəməyə yetir. İstisna hal kimi mənim durumum nəzərə alınıb, ünvanlı sosial yardım bərpa olunmalıdır. Mən dövlətimdən bu addımı gözləyirəm”-deyə Mais Xəlilov vurğulayıb.
Strateq.az
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar