ƏƏSMN-də təyinatlar - İki jurnalistə vəzifə verildi

img

06-02-2019 [17:45]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub.

Mia.az nazirliyə istinadən bildirir ki, telejurnalist Şahin Əliyev nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi vəzifəsinə təyinat alıb.

O, bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsi isə telejurnalist Əsmər Nəcməddin qızına həvalə olunub.

O, bu təyinata qədər ATV-nin "Xəbər” proqramının aparıcısı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR