Seymur Verdizadə: “On-on beş il əvvəl jurnalistlər arasındakı həmrəylik daha güclü idi..."

img

05-02-2019 [16:07]


"On-on beş il əvvəl jurnalistlər arasındakı həmrəylik indikindən daha güclü idi. O vaxt qələm əhli bir-birinin təəssübünü indikindən daha çox çəkirdi. Peşəkar jurnalistlərə hörmət vardı, məclislərdə onları başa keçirirdilər. "Reket”lər, qeyri-peşəkarlar, dələduzlar o vaxt indiki kimi meydan sulamırdılar. Bir jurnalistin hüquqları pozulanda hamı onun müdafiəsinə qalxır, məmurlar mətbuatla hesablaşırdılar. Amma indi obrazlı desək, at izi it izinə qarışıb”.

Mia.az xəbər verir ki, bu sözləri "Şərq” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. 

S.Verdizadə bildirib ki, ölkədə 30 mindən çox adamın jurnalist adına iddia etməsi bu sektorda qarışıqlıq yaradıb: "Adını, soyadını, atasının adını düzgün yaza bilməyənlər özünü jurnalist hesab edir. Əh dəhşətlisi isə odur ki, onlar efirdən düşmür, meymunluq edərək jurnalistikanı, gerçək qələm sahiblərini nüfuzdan salırlar. Beş manat üçün idarə və müəsisələrin qapısını döyən, şantajı, hədəni özünün həyat tərzinə çevirən, qələmindən yaltaqlıq süzülən adamlarla mən necə həmrəy ola bilərəm?”.

Tanınmış jurnalist daha sonra bildirib ki, aparıcı KİV-lər, peşəkar jurnalistlər bir-birinin təəssübünü çəkməlidirlər: "Jurnalist həmrəyliyi medianın nüfuzlu institut kimi inkişafına xidmət eləməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR