Şahin Mustafayev: "Beş ildə regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb"

img

29-01-2019 [13:21]


"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.

Nazir bildirib ki, proqram üzrə sahibkarlığın inkişafı üçün dövlət başçısı tərəfindən xeyli sayda sərəncamlar imzalanıb, onlara bir sıra güzəştlər tətbiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA