28-01-2019 [17:49]
Rusiya tarixçisi İvanov Avropanı "siyasi hüquqlar qəbirstanlığı”adlandırırdı. Hələ ötən əsrin 70-80-ci illərində Avropa dövlətlərində həbsxanalar siyasi məhbuslarla dolu idi.
Bu gün də heç nə dəyişmir, sadəcə dünyaya demokratiya "dərsi” keçən Avropa bu istiqamətdə digər dövlətlərə təsir mexanizmlərini öz əllərində cəmləyə biliblər: Avropa Parlamentindən tutmuş insan hüquqlarının "müdafiəsi” ilə məşğul olan digər təşkilatlara qədər... Heç şübhəsiz ki, Avropa təsir mexanizmlərini hər dövlətə qarşı işə sala bilməz, çünki müəyyən məqsədlə hərəkətə gətirilən bu mexanizmlər gözlənilməz nəticələr doğura bilir ki, bu da sonda özlərini çətin situasiya qarşısında qoyur. Avropadan Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərə qarşı yönələn bütün qərəzli hücumlar daim əks effekt verib. Hazırda həbsdə olan Mehman Hüseynovla bağlı Avropa Parlamentinin ortaya qoyduğu mövqe olduqca absurd idi. Təsəvvür edin, dünyanın aclıq aksiyası keçirən ən məşhur siyasi məhbusları məhz Qərbdə, Avropada böyük təzyiqlərlə üz-üzə qalıblar: K.Doherti (73 gün), B.Sends (66 gün), M.Hurson (44 gün), P.Ohara (61 gün), M.Devin (60 gün), J.McDonnell (61 gün) və s. Bu adamların böyük qismi həbsxanada aclıq aksiyası keçirərkən vəfat ediblər. Amma bu "sirr” Avropadan kənara çıxmadı, ölən siyasi məhbusların cəsədləri soyumamış avropalı liderlər KİV-lərdə yenidən insan hüquqlarından, demokratiyadan danışmağa başladıblar. Susmadılar! Mətbuat konfranslarında siyasi məhbusların ölümləri ilə bağlı verilən suallara "barmaq” göstərərək cavab veriblər. Və nəhayət... Azərbaycanda süd və süd məhsulları yeyərək guya 13 gün aclıq aksiyası keçirən Mehman Hüseynovla bağlı nə baş verdi? Avropa Parlamenti hansı mövqeyi ilə gülüş obyektinə çevrildi? Ölkəmiz əleyhinə böyük bir məkrli kampaniyaya start verildi.
O zaman Avropa Parlamentinə sual olunur: ötən il dekabrın 5-dən Ermənistanda Nubaraşen həbsxanasında aclıq elan etmiş (52 gün) Haynews.am saytının rəhbəri, Ermənistan qartalları: Vahid ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryanın həbsxanada ölümünə niyə susursunuz!? M.Yeqiazaryan məhz siyasi fəaliyyətinə görə Ermənistan hakimiyyəti tərəfindən təqib və təzyiqlərə məruz qalıb, sonda isə qondarma ittihamlarla həbs edilib. İndi özünüz diqqət yetirin, olmayan bir məsələyə, saxta oyuncaqların biabırçı "aclıq” aksiyasına görə Azərbaycanı birbaşa hədəfə alan Avropa Parlamenti Ermənistanda baş vermiş daha ağır bir hadisəyə göz yumur, reaksiya vermir. Bu qərəzin, siyasi riyakarlığın və ikili standartların səbəbi nədir? Aclıq aksiyasının ən "orijinal” formasına imza ataraq süd məhsulları ilə qidalanıb kilolarla çəki alan Mehman Hüseynova görə hay-həşir salan Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri Ermənistanda həqiqi aclıq aksiyası keçirərək həbsxanada ölən M.Yeqiazaryanla bağlı nə üçün susurlar!? "Demokrat” dediyiniz Paşinyanın apardığı əndrabadi siyasət üzündən Ermənistanda saysız-hesabsız insanlar həbsə atıldı, siyasi fəaliyyətinə görə insanlar təzyiqlərlə məruz qalırlar, bu bəs eləmir?
Azərbaycanlı "qəribə” casuslar
İngilislərin "Qəribə casus”adlı bir filmi var, o qədər də məşhur olmayan, lakin dərin təfəkkür və psixoloji paradokslar üzərində hazırlanan filmdə gənc oğlan ölkəsinin maraqlarına zərbə vurmaq üçün xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq qurur. Səbəbi çox sadədir: cinayətkar arvadının həbsxanada ağır xəstəlikdən ölüm xəbəri bu gənc oğlanda hökumətə qarşı dərin kin-küdurət, qəzəb hissi yaradır. İngiltərədə vəkil işləyən gənc məhkəmə prosesləri zamanı tez-tez düşmən dövlətin tanınmış fikir adamlarından və ictimai-siyasi xadimlərindən sitatlar gətirir: məhkəmə sistemini məqsədli şəkildə rüsvay edir, düşmən dövlətdə insan hüquq və azadlıqlarının daha ciddi şəkildə qorunduğunu iddia edir. Nəticədə bu gənc oğlan elə casusluq etdiyi dövlətin xüsusi xidmət orqanları tərəfindən ifşa edilir və öz vətənində ömürlük həbs cəzasına məhkum olunur... Və sonda İNTİHAR! Sözümü nəyə gətirirəm, mətləbdən yayınmayım. Fikir verirsinizsə, şəxsi həyatlarındakı uğursuzluqlardan doğan depressiyadan, düşdükləri anormal vəziyyətdən çıxmaq üçün müxtəlif bəhanələrlə ölkəmizi tərk edən, özlərinə "siyasi mühacir” deyən bir qrup adam da "Qəribə casus” filmindəki gənc oğlanın yolunu gedirlər. AXCP-Müsavat və digər bu kimi radikal siyasi təşkilatların funksionerləri uzun müddətdir ki, özlərinin nəzarətlərində olduqları mətbu orqanlarda, sosial şəbəkələrdə Paşinyandan ard-arda sitatlar gətirir, onu dövrünün ən böyük "demokratı” kimi qələmə verirlər. Hətta Əli Kərimli Paşinyanın "möhtəşəm” addımlarını təqdir etmək üçün sosial şəbəkələrdə canlı yayınlar edir, dil boğaza qoymur. Kimə və nəyi izah etməyə çalışırsan ay Kərimli, özü də düşmən dövlətdən, həmin dövlətin oyuncaq liderlərindən sitatlar gətirməklə!? Sizin ki həbsxanada öləniniz, acından qalanınız və küçədə yatanınız yoxdur!
Maşallah, 4 mühafizəçi, Dübəndidə villa, şəhərin ən yaxşı yerində mənzil, oğul İngiltərədə, ABŞ-da keyf edir, öz altında da ən son model Mazda CX-7. Aldığınız qrantların hesabatını mitinqlərdə təxribatlar törətməklə, dövlətin, ən üst adamların ünvanına söyüşlər yağdırmaqla verirsiniz. Xalq sənin kimisinə inanmaz axı, son mitinqdə əyninə geyindiyin paltonun 1000 avro qiyməti var. İndi nə edək, səni xalq içindən çıxmış lider kimi qəbul edək? Hakimiyyətdə olduğunuz illərdə qohum-əqrəbalarınız bütün sahələrdə total ozbaşınalıqlara imza atdılar. Kərimli, elə sən özün həyat yoldaşını Prezident Aparatında şöbə müdiri vəzifəsinə təyin elədin, BDU-ya qəbul sırf İsa Qəmbərin kurasiyasına verildi, hər mövsüm çantalarla pul onun evinə daşındı. Qısa müddətdə ölkənin ən mənzərəli yerlərində istirahət mərkəzləri tikdirdin. Bu gün də "ana müxalifət” və "baş cəbhəçi”sən... Bir izah elə görək, qrant alıb qapısında bulandığın Avropaya niyə səslənmirsən ki, Ermənistandakı hadisəyə də münasibət bildir!? Heç düşünürsənmi ki, Avropa nə üçün bizdə baş verən şoulardan faciə düzəldir, düşmən dövlətdə baş verən daha ciddi hadisələrə isə niyə münasibət bildirmir? Özündə hünər tap, Avropanı ittiham elə, qorxma pulunu kəzməzlər! Yeqiazaryanın ölümü məni qəti narahat eləmir, məni incidən bu biabırçı riyakarlıqdır ki, Ermənistanla eyni bulaqdan su içənlərin qazına gəlib hakimiyyət iddiasına düşmüsüz, insanların hissiyatı ilə oynayırsız! 25 ildir AXCP-də məhv etdiyin insanlar yetmədimi!?
Qərbin özü deyir...
ABŞ-ın 34-cü Prezidenti Duayt Eyzenhauer memuarlarında deyir ki, Amerikada pulu olan istənilən şəxs hakimiyyətə gələ bilər: təki iri kapitalist dostları, əlində ciddi pul kütləsi olsun... Haitidə, Meksikada, Suriyada, İraqda, Əfqanıstanda və bu gün Venesuelada baş verən hadisələr ABŞ "demokratiyası”nın bariz nümunələridir. Orqan mafiyalarının əli ilə büdcələrinə pul axıdan, Şərq ölkələrinə inqilablar ixrac edən və bu vandal siyasəti pərdələmək üçün yaradılan Avropa Parlamenti də, digər bəzi beynəlxalq təşkilatlar da bir məqsədə- Qərbin yırtıcı, şovinist maraqlarına xidmət edir. Belə dövlətlərin əlində oyuncağa çevrilmək, Avropa Parlamenti kimi qurumların çirkin siyasətinin detalı olmaq, öz vətəninin maraqlarına zərbə vurmağa cəhd etmək heç kimə başucalığı gətirməyib və gətirməyəcək də...
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
"CNN Türk"ün müxbiri Merve Tokaz: "Başıma bir iş gəlsə...."
Qəzzada güclü fırtına oldu, 22 qəzalı bina çökdü - Ölənlər var
"Bursaspor" hücumçu aldı
Donald Trampın ideyası İsraildə tətbiq olunacaq - Həbsxanalar timsahlarla "mühasirə"də saxlanılacaq
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib
ABŞ Venesuelaya aid üç neft tankerinə "əl qoydu": "Siz harada olsanız, tapacaq və dayandıracağıq"
Səlçuk İnan: "Həyatımda heç vaxt mərc oyunlarına qatılmamışam"
"Fənərbağça" nigeriyalı futbolçuya aldığı maaşın 5 qatını təklif etdi - Danışıqlar başlayıb
"ÜÇ KEÇMİŞ İTTİFAQ ÖLKƏSİNİN İŞĞAL PLANI VAR" - Kəşfiyyat rəhbəri şok iddia irəli sürdü
Prezidentin Amnistiya təşəbbüsü: bu gündən məhkumların azad olunmasına start verilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ rəngin poeziyada harmoniyası...
68 yaşlı qadının canına qıyan 31 yaşlı şəxs tutulub
Naxçıvanda ər və arvad dəm qazından boğulub
Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar - VAHİD TAĞIYEV YAZIR
Maştağafa obyekt yanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"