DSMF-nin vəzifəli əməkdaşı barəsində cinayət işi başlanıb - Detallar

img

23-01-2019 [12:21]


Qusarda vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

"Report"un məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qusar rayon şöbəsinin sektor müdiri Pənahov Bəyəli Minhac oğlu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. Barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.

Həmin cinayət işində Bəyəli Pənahovla birlikdə Yaşar Bədəlov da təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi hakim Rafiq Kazımovun icraatına verilib.

Məhkəminin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA