Yevlaxda qəzaya uğrayan sərnişin qatarı ilə bağlı rəsmi açıqlama: "ATEF şirkətlər qrupuna məxsus..."

Yevlaxda qəzaya uğrayan sərnişin qatarı ilə bağlı rəsmi açıqlama: \"ATEF şirkətlər qrupuna məxsus...\"

GÜNDƏM

30.12.2018, 12:26

"30.12.2018-ci il tarixində saat 03.15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci km, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb və həmin keçiddə qalıb. Dərhal görülmüş tədbirlər nəticəsində qəzanın qarşısı alınıb (? QSC sözçüsünün burada nə demək istədiyi anlaşılmayılb - Mia.az) və toqquşma hadisəsi baş vermişdir. Hadisə nəticəsində heç bir xəsarət alan olmayib".
Mia.az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Sevinc Qədirova Yevlaxda sərnişin qatarının qəzaya uğraması haqda danışarkən deyib.

Qədirovanın sözlərinə görə, hadisənin nəticələri 3 saat ərzində tam aradan qaldırılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan olan maksimal sürətlə fəaliyyətini tam bərpa edib: "Bu səbəbdən, həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib. Bir daha qeyd edim ki, həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir məhdudiyyət tətbiq olunmur. Hal - hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR