Müdafiə Nazirliyində ilin yekunlarına dair toplantı keçirilib - Hesabat

Müdafiə Nazirliyində ilin yekunlarına dair toplantı keçirilib - Hesabat

CƏMİYYƏT

27.12.2018, 19:04

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qoşun növləri və qisimlərində, nazirliyin baş idarə, idarə və xidmətlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 2018-ci ilin yekunlarına dair toplantı keçirilib.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, tədbirlərdə məruzə edənlər il ərzində görülən işlərdən, qazanılan uğurlardan və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıblar.
Sonda müdafiə nazirinin müvafiq əmrləri ilə 2018-ci ildə döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr və digər mükafatlar təqdim olunub. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR