BDU-da dövlət bayrağı tərsinə asıldı - Universitetdən reaksiya + FOTO

BDU-da dövlət bayrağı tərsinə asıldı -  Universitetdən reaksiya +  FOTO

CƏMİYYƏT

27.12.2018, 13:53

Bakı Dövlət Universitetinin qarşısındakı dövlət bayrağı tərsinə asılıb.
Axar.az xəbər verir ki, bu barədə jurnalist İsgəndər Qənbərov sosial şəbəkələrdə məlumat yayıb.
Ölkənin əsas ali təhsil ocaqlarından hesab olunan universitetdə bayrağın tərsinə asılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən BDU-nun Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova bunun texniki xəta olduğunu və yanlışlığın artıq aradan qaldırıldığını bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR