Novruz Məmmədov peşə təhsili müəssisələrin maliyyələşdirmə normativlərini təsdiq edib - Qərar

Novruz Məmmədov peşə təhsili müəssisələrin maliyyələşdirmə normativlərini təsdiq edib -   Qərar

CƏMİYYƏT

26.12.2018, 10:17

Nazirlər Kabineti "Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.
Mia.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri dövlət peşə təhsili müəssisələrinin büdcədən maliyyələşdirilməsi xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb.
Peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycanın ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR