“Hakimiyyət daxilində xüsusi şəbəkələşmiş qruplar var ki,...” - İttiham

img

21-12-2018 [14:27]


"Görünən odur ki, növbəti dəfə Azərbaycan hakimiyyətinin əleyhinə kampaniyanın aparılması üçün düyməni basıblar. Ona görə də Aavropada yaşayan bəzi azərbaycanlılar yenidan qarayaxmaya başlayıblar”.

Bu fikirləri Mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bilidirb ki, hakimiyyət əleyhinə kampaniyanın aparılması ilə bağlı düyməni elə hakimiyyətin içindəki bəzi qüvvələr basıb:

"Diqqət edirsinizsə, həmin qarayaxma kampaniyasında Prezident, ailəsi və ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hədəfə alınıb. Bunun da səbəbi odur ki, Prezidentin ictimai-siyasi kursunun icraçısı Əli Həsənovdur. Hər hansı məsələ olan o, irəli düşür. Ona görə də mənfur qüvvələr onu da hədəfə alırlar. 
Məsələn, Orduxan Teymurxana elə faktları ötürürlər ki, onları ancaq komandanın daxilindəkilər bilir. Biz bu faktları ötürənlərin kimliyini də bilirik. Həmin adam baş nazirin müavini Əli Həsənov da eyni rayondadndır. Bildiyiniz kimi, Əli Həsənov bu saat incikdir. Elə buna görə də həmyerlisinin vasitəsiylə qisas alır. Keçmiş prokurorluq işçisi olan Vidadi İsgəndərli. Onun səsləndirdiyi faktlar elə-belə deyil. Onları ötürən var. Bir fakt olur, ətrafını da bəzəyib-düzəyib böyük bir həqiqət kimi təqdim edirlər. Təbii ki, bu da cəmiyyətdə çaşqınlıq yaradır. 
Bir Prezidentin köməkçisi Əli Həsənov cavab verir, ona qarşı aparılan kampaniyanı da görürsünüz. Hesab edirəm ki, bu məsələdə Əli Həsənova dəstək vermək lazımdır. Azərbaycana qarşı ideoloji mübarizənin qarşısına çıxmaq lazımdır”.


Partiya sədri deputatlardan, diplomatik nümayəndəliklərimizdən də narazılığını dilə gətirib.
"Məni maraqlandıran odur ki, bu hakimiyyətdən yararlanan deputatlar, xaricdəki səfirlərimiz niyə bunlara qarşı mübarizə aparmırlar? Xaricdəki anti-Azərbaycan qüvvələri ilə hakimiyyətdəki korrupsiyaya bulaşmış və yerlərini narahat hiss edən məmirlar birgə işləyirlər. Eləsi var ki, açıq danışır ki, mən daha yaxşı prezident olaram. Hakimiyyət daxilində xüsusi şəbəkələşmiş qruplar var ki, ölkə başçısının gördüyü müsbət işlərə kölgə salmağa çalışırlar. Bu baxımdan, deyirəm ki, komanda daxilində ciddi təmizləmə aparılmalıdır. ”



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA