Vəzifədən gedən Bayram Səfərov danışdı: "İdarə heyətinin üzvü kimi çalışacam"

img

20-12-2018 [15:54]


""Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü vəzifəsində fəaliyyətimi davam etdirirəm”.

Bunu "Report”a açıqlamasında birliyin sabiq sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O bildirib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi üçün çalışacaq.

Xatırladaq ki, bu gün birliyin II qurultayı keçirilib. Qurultayda birliyin (icmanın) yeni İdarə Heyəti təsdiqlənib. Qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər. İndiyədək birliyin sədri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA