Bakıda bu yollarda sürət həddi endirildi - Sürücülərə xəbərdarlıq

Bakıda bu yollarda sürət həddi endirildi -     Sürücülərə xəbərdarlıq

CƏMİYYƏT

18.12.2018, 11:15

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Mia.az BNA-ya istinadən xəbər verir ki, məqsdə hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etməkdir:
"Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilib.
Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə olunub".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR