Vahid Ələkbərov: "Neftin bir barelinin qiyməti 60 dollar səviyyəsində saxlanılmalıdır"

img

06-12-2018 [12:35]


"Neftin bir barelinin qiymətinin 60 dollar səviyyəsində olması həm istehsalçıların, həm də istehlakçıların tələbatını ödəyir və yanvar ayında qiymət bu səviyyədə saxlanılmalıdır".

Bunu "Lukoyl"un rəhbəri Vahid Ələkbərov "Bloomberg"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya təklifin azaldılmasını qəbul etsə, "Lukoyl"a müvafiq təlimatları tam yerinə yetirmək üçün üç-dörd ay vaxt lazım olacaq.

Hazırda "Lukoyl" neft hasilatını 2019-cu ildə 1% artırmağı planlaşdırır.

V.Ələkbərov bildirib ki, OPEC+ səviyyəsində neft hasilatının azaldılması üzrə qərar qəbul edilərsə, şirkət də planlarını korrektə edəcək.

"Ümid edirəm ki, belə tədbirlər görməyə ehtiyac olmayacaq", - o, Vyanada bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA