Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - Yeni sənədlər imzalanıb + FOTOLAR

img

10-10-2025 [13:03]


Tacikistanda keçirilən sammitin yekunları üzrə MDB ölkələrinin liderləri 19 sənəd imzalayıblar.

Bu barədə Tacikistan KİV məlumat yayıb.

İmzalanan sənədlər sırasında - 2026-2028-ci illər üzrə MDB-yə üzv dövlətlərin terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlıq Proqramı, 2026-2030-cu illər üzrə xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə Proqram, regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Bəyannamə və s. yer alır.

Sammitin əsas qərarlarından biri "MDB+" formatının təsis edilməsi olub. Bu qərarın qəbulu təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb. Bu format MDB ölkələrinin digər dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı üçün platforma olacaq.

***

Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.

Sonra tədbirin yekun sənədləri imzalanıb.

İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə" medalı təqdim olunub.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA