04-12-2018 [23:50]
"2019-cu ilin dövlət büdcəsində sosialyönlü xərclər böyük çəkiyə malikdir. Sosialyönlü tədbirləri də bura əlavə etsək bütövlükdə 7,5 mlrd. manatlıq xərclərdən söhbət gedir. Bu, kifayət qədər böyük rəqəmdir”.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, 2019-cu ildə pensiyaların indeksləşdirilməsi gözlənilir:
"Xatırladım ki, bu ilin mart-aprel aylarında dövlət büdcəsində çalışanların əməkhaqqıları artırılıb, eyni zamanda, bütün sosial ödənişlər-təqaüdlər üçün cari il ərzində böyük vəsaitlər ayrılıb. Onu əlavə edim ki, 2019-cu ilin büdcəsində bu xərcləri davam etdirmək üçün 600 mln. manatadək əlavə vəsaiti təmin etməliyik. Burada, o cümlədən pensiyaların indeksləşdirilməsi məsələsi durur. Sosialyönlü xərclərin tərkibinə baxsaq, səhiyyə xərclərinin 42,4%, təhsil xərcləri 11,8%, sosial təminat xərcləri 12,4% artaraq 2,4 mlrd. manata yaxınlaşıb”.
Nazir qeyd edib ki, növbəti ilin büdcəsində investisiya xərclərinin çox hissəsi sosialyönlü investisiya xərcləridir:
"Biz büdcə müzakirələrində etiraf etdik ki, ödənişli oxuyan tələbələrin sayı, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayından çoxdur. İndi biz bu natarazlığı aradan qaldırmalıyıq və qaldıracağıq. Ölkə başçısının xüsusi göstərişi var və artıq gələn ildən dövlət sifarişi ilə oxuyan tələbələrin sayını 20% artıracağıq. Hesab edirəm ki, bu mümkündür və növbəti ildən də bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Burada zərif balansın saxlanmasına ehtiyac var. Bir tərəfdən biz çalışmalıyıq ki, dövlət sifarişli proqramlar olsun, digər tərəfdən də elə etməliyik ki, ödənişli təhsildə də müəyyən proseslər baş versin. Çünki özəl müəssisələr var. Xüsusən də universitetlər. Bir sözlə, rəqabət balansı pozulmasın”.
S.Şərifov 2019-cu ilin dövlət büdcəsində sosial ipotekaya 162 mln. manat əlavə vəsaitin nəzərdə tutulduğunu qeyd edib:
"Bildiyiniz kimi, kənd təsərrüfatı sahəsi vergidən azaddır. Növbəti ildən də bu güzəştlər daha 5 il artırılacaq. Həmçinin fermerlərə verilən subsidiyalar isə 50% artırılıb”.
Report
Ramin Məmmədov Tərtərdə vətəndaşları qəbul edəcək
Ukrayna və Misir səfirləri ikitərəfli əməkdaşlığı müzakirə edib
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı məlum olub
Tbilisidə zorakılıq: daha bir nəfər həbs edilib
Tokayev: "Şimal-Cənub" dəhlizi MDB-də əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açır
Ballıqayada 10 və daha artıq hərbçiyə aid qalıqlar aşkar olunub
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - Yeni sənədlər imzalanıb + FOTOLAR
Deputatlar "Daxili qoşunları haqqında" qanuna "hə" dedi - Dəyişiklik
Sabah hava necə olacaq? - Proqnoz
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
"Onlardan bir neçəsi xüsusi ali rütbə alıblar" - Heydər Məmmədov
Məmmədəli Ağayev azad edilib
“Əndirəbadi cəhət odur ki, ayın 1-dən..." - Deputatın şikayətinə spikerdən "mütləq bu məsələ ilə məşğul olacam" cavabı verildi
Azərbaycanda yeni medal təsis olunub
Prezident İlham Əliyev: "Bu əlaqələr qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və..."
Hafiz Həsənovun məhkəməsinin vaxtı açıqlandı
Qusarda əkin sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub.
“Sputnik Azərbaycan”ın Bakıda saxlanılan rəhbəri azadlığa buraxıldı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb
Əminə Yusifqızı bu gün dəfn ediləcək
Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutulub
"Qalatasaray"ın Baş məşqçisiinə jest - Okan Burukun müqaviləsi yenilənəcək, maaşı artırılacaq
Azərbaycan və Tacikistan prezidentləri təkbətək görüşüb - Düşənbədə
40 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb
"Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək..." - DİN-dən xəbərdarlıq
Lisey direktoru kollec direktoru postuna gətirildi
Müəllimlərlə "yola getməyən" məktəb direktoru vəzifədən çıxarıldı
Azərbaycan nefti ucuzlaşdı
Ən çox bu banklardan şikayət var - Mərkəzi Bankdan açıqlama
Bu ölkə Dünya Çempionatına vəsiqəni təmin etdi - 3 qolla
Sabirabadda toyda dava: bir nəfər ölüb
Nobeli arzulayan Tramp İsrailə gedir: "Qəzzadan heç kəs zorla köçürülməyəcək" - "Əvvəlcə o mərhələyə çatmalıyıq, sonra baxarıq"
Filippində 7.2 bal gücündəki zəlzələdən sonra xəbərdarlıq: "Dərhal yüksək ərazilərə gedin"
NETANYAHU DA ANLAŞMANI TƏSDİQLƏDİ: İsrail ordusu bu gündən geri çəkiləcək və... - SƏNƏD
DÇ-2026: Avstriya yığması San Marinoya tarixi dərs verdi - Nəticələr
İsrailin saxladığı 3 türkiyəli deputat ölkələrinə yola salınıb
Əfqanıstanın paytaxtında partlayış olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Bakcell” süni intellekti ilk avtomobil qalibini seçdi
HƏMAS: "Bizə daimi atəşkəslə bağlı təmiinat verilib"