"Neftin qiymətinin 70-80 dollar olması istehsalçılar və istehlakçılar üçün məqbuldur" - Qətər rəsmisi

img

03-12-2018 [16:08]


Neftin bir barelinin qiymətinin 70-80 dollar olması istehsalçılar və istehlakçılar üçün məqbuldur.

"Report" xəbər verir ki, bu barədə Qətərin enerji işləri üzrə dövlət naziri Səəd bin Şrida əl-Kəəbi mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, neftin barelinin 70-80 dollara olması həm istehsalçılar, həm də istehlakçılar üçün ədalətli qiymətdir. Qiymətin 70 dollardan az olması dövlətlər və istehsalçıların enerji sektoruna sərmayə ayırmasına mane olur", - nazir deyib.

Bundan əvvəl, o, 57 ildir OPEC üzvü olan Qətərin 2019-cu il yanvarın 1-dən təşkilatı tərk edəcəyini açıqlamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA