Elmar Məmmədyarov Meksika prezidentinin andiçmə mərasimində - XİN başçısı görüşlər keçirib

img

02-12-2018 [15:04]


Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksika prezidenti Andres Manuel Lopez Obradorun ölkənin Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.

"Report” xəbər verir ki, mərasimə bir sıra dövlət başçıları, çoxsaylı yüksək səviyyəli qonaqlar da qatılıb.

Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Meksika prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA