Ziyafət Əsgərov: "Bu məsələdə Azərbaycan dövləti və Prezidenti də maraqlıdır"

img

30-11-2018 [16:37]


Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir.
Bunu Milli Məclisin keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Z.Əsgərov qeyd edib ki, bu məsələdə Azərbaycan dövləti və Prezidenti də maraqlıdır: "Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir. Azərbaycan dövləti burada öz sülhsevərliyini göstərir. İstərdik ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli və ciddi yanaşsın”.

report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA